Belə ki, indiyə qədər yalnız bir futbolçu 21 yaşı tamam olana qədər Bellinqemdən çox matça çıxıb. Bu, ispaniyalı Sesk Fabreqasdı. Sabiq “Barselona”lı 21 yaşının tamamına qədər Çempionlar Liqasında 34 görüşdə iştirak edib.
Minifutbol üzrə Azərbaycan millisi Monteneqroda təlim-məşq toplanışındadı. Matc.az xəbər verir ki, Avropa çempionatına hazırlaşan yığmamız beynəlxalq turnirə qatılıb. Elşad Quliyevin yetirmələri iki görüş keçirib.
Almaniyalı ÇL tarixində bir klubda 150 və ya daha çox oyun keçirən üçüncü futbolçu olub. “Real”ın sabiq qapıçısı İker Kasilyas da “kral klubu”nun heyətində bu göstəricidə qalıb.
23 yaşlı forvard bu müddət ərzində ÇL-də keçirdiyi qarşılaşmalarda 16 qol, 15 məhsuldar ötürmə ilə diqqət çəkib. Ümumilikdə 31 qolda yaxından iştirak edən Vinisius PSJ-li Kilian Mbappe (14 qol, 14 assist) və “Barselona”lı Robert Levandovskini (21 qol, 4 assist) qaraqlayır.
Niderland millisinin üzvü əzəli rəqib “Milan”ın müdafiəçisi Teo Ernandesin it təsvirində plakatını avtobusda qaldırıb. Onun bu hərəkəti FİFA-nın diqqətindən yayınmayıb. Ali futbol qurumu bununla bağlı araşdırmaya başlayıb. Müdafiəçinin cərimələnməsi gözlənilir.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək. Matc.az xəbər verir ki, U-21 iyunda Slovakiyanın qonağı olacaq. Qarşılaşma həmin ayın 7-də Senec şəhərində reallaşacaq.
Onlar 2026 və 2027-ci illərdə ən nüfuzlu klub turnirinin Milanda təşkili üçün hazırlıq görürlər. Ancaq qitə futbol qurumu ən yaxşı halda bir mövsümün finalını “Cüzeppe Meatsa”ya verə bilər.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.