APOEL Bakıya 20 futbolçu ilə gəlir
Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"ın qonağı olacaq Kiprin APOEL klubu sabah Bakıya gələcək. Səhər 11:00-da çarter reysi ilə yola düşəcək Nikosiya təmsilçisinin Azərbaycan paytaxtına saat 13:20-də çatması gözlənilir.



























