AFFA İntizam Komitəsi Misli Premyer Liqasının IV turunun iki oyununda baş verənlərə hüquqi qiymət verib. Matc.az xəbər verir ki, “Zirə” – “Şamaxı” görüşündən sonra meydan sahibləri AFFA nümayəndəsinin tələblərinə əməl etmədiyi üçün 2000 manat cərimələnib.
UEFA AFFA-nı cərimələyib. Matc.az xəbər verir ki, buna səbəb qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Macarıstanla Bakıda keçirdiyi oyundakı hadisə olub.
Avrokuboklarda pley-off mərhələsinin dünən keçirilən oyunlarından sonra ölkələrin UEFA reytinqində dəyişikliklər olub. Matc.az xəbər Avstriya və İsveçrə irəliləyib. Azərbaycanın mövqeyi isə dəyişməyib. Ölkəmiz 18,875 xalla cədvəlin 26-cı pilləsində qərarlaşır. Cari mövsümkü qazancımız 2,125-di.
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliya ilə ev oyunun yeri bəlli olub. Matc.az xəbər verir ki, komandaların ilk dueli oktyabrın 25-də Bakıda baş tutacaq.
"Qarabağ"ın Bakıda Xorvatiya təmsilçisi "Dinamo"ya qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa indiyədək 28000 bilet satılıb.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.