"Hər iki komandanın ifasında maraqlı oyun oldu. Hücumda çox top itkilərinə yol verdik. Rəqib də bundan istifadə edib qol vurdu. İkinci yarıda dəyişikliklər etdik".
"Maraqlı oyunun şahidi olduq. İkinci hissədə çox sürətli, baxımlı futbol getdi. Hesabda iki top fərqi ilə irəli çıxdıq. Bundan başqa hesabı daha da böyütməyə imkanımız var idi".
Bakı Olimpiya Stadionunun ərazisində yerləşən AFFA VAR mərkəzində “Neftçi”nin Gənclər Liqasında çıxış edən komandası üçün seminar keçirilib. Matc.az xəbər verir ki, seminara AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek rəhbərlik edib.
Superliqanın XXX turunda “Trabzonspor”la oyunda azarkeşlərlə dalaşan “Fənərbaxça”nın 2 futbolçusu cəzalandırılıb. Matc.az xəbər verir ki, bunlar Ceyden Ostervolde və İrfan Can Eğribayatdı. Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi onların hər ikisinə 1 matçlıq sanksiya tətbiq edib.
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının XXIX turunda “Kəpəz” oyunun hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, komandanın bir zədəli oyunçusu sıraya dönüb. Son iki görüşdə iştirak etməyən braziliyalı müdafiəçi İqor Ribeyro kollektivə qoşulub.
Azərbaycan millisinin futbolçusu Sertan Taşkının formasını geyindiyi “Manisa” klubu baş məşqçisi Mustafa Dalcı ilə vidalaşıb. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Stanislav Çerçesov Azərbaycan millisinin yen baş məşqçisi olmağa yaxındı. Matc.az xəbər verir ki, bu barədə “Sport-Express” nəşri məlumat yayıb. Rusiyalı mütəxəssisə hələ rəsmi təklif olmadığı vurğulanıb.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.