Şimali İrlandiya - Azərbaycan oyununun təyinatları açıqlandı
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də keçiriləcək Şimali İrlandiya (U-21) - Azərbaycan (U-21) oyununa hakim təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq qarşılaşmanı Farer adalarından olan hakimlər briqadası idarə edəcək.