"Bu oyunla fərqi aradan qaldırmaq olmaz. Biz də görürük ki, oyunun qırılma nöqtəsi başqa bir detaldır. Oyunun ritmini itiririk. Verilməyən penaltilər var"
AFFA və “Liv Bona Dea Hospital” arasında sponsorluq müqaviləsi imzalanıb. Matc.az xəbər verir ki, sözləşməni AFFA-nın prezidenti Rövnəq Abdullayev və “Liv Bona Dea Hospital”ın baş direktoru Taner Özbek imzalayıb.
“Qarabağ”ın qapıçısı Andrey Lunyov Avropa Liqasının cari mövsümündə ən çox seyv edən qapıçıdı. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, rusiyalı qolkiper “Braqa” ilə pley-off mərhələsinin cavab görüşündəki qurtarışlarından sonra liderliyə yüksəlib.
“Hər iki oyunu izləyənlər “Qarabağ”ın əla komanda olduğunu gördü”. Matc.az xəbər verir ki, bunu “Braqa”nın hücumçusu Abel Ruis deyib. İspaniyalı futbolçu Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la cavab oyunundan sonra fikirlərini bölüşüb.
“İki qol buraxdığım üçün məyus olsaq da, ruhdan düşmədik”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov deyib. Rusiyalı qolkiper Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı (4:2, 2:3) mübarizədən kənarlaşdırmalarına münasibət bildirib.
“Çox xoşbəxtik, tarixi nəticə qazandıq”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Marko Veşoviç deyib. O, Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı ümumi hesabda məğlub edərək (4:2, 2:3) 1/8 finala adlamaları barədə danışıb.
“Qarabağ” göstərdi ki, oyunun gedişində üstünlük rəqibdə olsa belə, qələbə üçün sona kimi mübarizə aparmaq lazımdı”. Matc.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözel UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində Bakıda Portuqaliyanın "Braqa" klubuna qarşı oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Avropa Liqasında mərhələ adlayan “Qarabağ” həm də maliyyə qazancı əldə edib. Matc.az xəbər verir ki, Azərbaycan çempionu pley-off mərhələsində Portuqaliya klubu “Braqa”nı üstələyib. Ağdamlılar Bakıdakı cavab görüşündə 2:3 hesablı məğlubiyyətə baxmayaraq, 1/8 finala adlayıb.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.