Afrika Millətlər Kubokunun qalibi bilindi
Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, turnirin final oyunu keçirilib. Həlledici qarşılaşmada Nigeriya ilə Fil Dişi Sahili üz-üzə gəlib. Görüş ikincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Fil Dişi Sahili tarixində üçüncü dəfə Afrika Millətlər Kubokunu qazanıb.