Polşa çempionatında XXIV turun daha bir oyunu keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun şərəfini qoruduğu LKS “Varta”nın qonağı olub.
Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov komandası “Dinamo”nun Almaniya Regionliqasının XXV turunda “Lokomotive” ilə keçirdiyi oyunu buraxıb. Matc.az xəbər verir ki, Berlin klubunun baş məşqçisi Dirk Kunert bunun səbəbini açıqlayıb.
“Neftçi”nin futbolçusu Alfa Konte Syerra Leone millisinə çağırılıb. Matc.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi qarşıdakı oyunlarda iştirak edə biləcək.
“Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə keçirəcəyi cavab oyunu üçün səfər proqramı müəyyənləşib. Matc.az xəbər verir ki, Azərbaycan çempionu sabah axşam saatlarında Almaniyaya yollanacaq.
“Turan Tovuz” Azərbaycan Premyer Liqasında 10-cu ev qələbəsini qazanıb. Matc.az xəbər verir ki, bu, XXVI tura təsadüf edib. Ayxan Abbasovun yetirmələri doğma divarlar arasında “Araz-Naxçıvan”ın qapısından iki cavabsız qol keçirib.
“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan çempionatlarında debüt edib. Matc.az xəbər verir ki, xorvatiyalı mütəxəssisin ilk görüşü Premyer Liqanın XXVI turunda “Qəbələ” ilə qarşılaşmaya təsadüf edib.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.