Azərbaycan Premyer Liqası: Daha 2 turun təqvimi açıqlandı
Azərbaycan Premyer Liqasında daha iki turun təqvimi müəyyənləşib. Matc.az xəbər verir ki, Peşəkar Futbol Liqası XXIX və XXX turda keçiriləcək görüşlərin vaxtını açıqlayıb. Ən diqqətçəkən oyun 30-cu turun “Sabah” – “Qarabağ” qarşılaşmasıdı.



























