“Beşiktaş” yeni baş məşqçisini açıqladı - RƏSMİ
“Beşiktaş” yeni baş məşqçisini açıqlayıb. Matc.az xəbər verir ki, Türkiyə klubu bu posta norveçli Ole-Qunnar Sulşeri gətirib. 51 yaşlı mütəxəssislə müqavilə imzalanıb. O, 2021-ci ildə “Mançester Yunayted”dən ayrıldıqdan bəri işsiz idi.


























