“Sabah”la “Qəbələ” qarşılaşacaq
Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə zamanı klublar yoxlama görüşlərində qüvvələrini sınayacaqlar. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçiləri də bu müddətdə boş dayanmayacaqlar. Elita təmsilçiləri “Sabah” və “Qəbələ” sınaq qarşılaşmasında üz-üzə gələcək.