36 yaşlı hücumçu bununla 4-cü dəfə eyni titula sahib çıxır. O, bu saya çatan ilk idmançı kimi rekorda imza atıb. Messi ölkəsində ilin futbolçusu mükafatının da qalibidi.
Yay fasiləsində “Neftçi”dən ayrılaraq “Partizan”a keçən Mateus Saldanya Türkiyəyə köçə bilər. “Beşiktaş” klubu braziliyalı hücumçunun keçidində maraqlıdı. İstanbul klubunun baş koordinatoru Samet Aybaba 24 yaşlı forvardın çıxışını canlı izləmək üçün Serbiyaya yollanıb.
Azərbaycan Kubokunda 1/8 final mərhələsinin “Qarabağ” - MOİK görüşünün hakimləri müəyyənləşib. Xankəndi Xankəndi şəhər stadionunda təşkil olunacaq görüşdə Əli Əliyev ədaləti qoruyacaq. Ona Şirmamed Mamedov və Taleh Məmmədov kömək edəcəklər.
Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən “Zirə” – “Turan Tovuz” oyununu izləyənlər arasında diqqətçəkən bir mütəxəssis də var. Zirə İdman Kompleksinin stadionunda təşkil olunan görüşü “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov da seyr edir.
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XVII turunda keçirilən oyunlara hüquqi qiymət verib. Komitə 3 klubu cərimələyib. “Səbail”lə görüşdə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan “Qəbələ”nin hücumçusu Samuel Tetteh 2 oyun şərti olmaqla 4 matçlıq cəzalanıb.
AFFA İntizam Komitəsi Premyer Liqanın XVII turunda keçirilən “Qarabağ” – “Neftçi” oyununda baş verən neqativ hallara hüquqi qiymət verib. Əzəli rəqiblər cərimələnib. Buna səbəb onların azarkeşlərinin görüş zamanı rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi olub.
“Neftçi”nin U-15 komandasının qapıçısı Nurəziz Əzizov sağalıb. Bu barədə klubun mətbuat xidməti paylaşım edib. Bildirilib ki, AFFA U-15 Liqasının XV turu çərçivəsində “Ulduz Mingəçevir”ə qarşı keçirilən görüşdə zədələnən “ağ-qaralar”ın oyunçusu Liv Bona Dea Hospitalda müalicəsini başa vurub.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.