"Qarabağ"ın futbolçusu Julio Romao səfərdə Yunanıstan təmsilçisi "Olimpiakos"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında iştirak edib.
Bu gün dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun anadan olmasının 100 illik yubileyidir. Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu münasibətlə AFFA rəhbərliyi və futbol ictimaiyyətinin nümayəndələri onun məzarını ziyarət ediblər.
Azərbaycanın əfsanəvi futbol hakimi Tofiq Bəhramovun 100 illiyi münasibətilə futbol veteranları və idman jurnalistləri arasında yubiley oyunu keçiriləcək. Matc.az xəbər verir ki, qarşılaşma sabah Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq.
“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin oyunu üçün Yunanıstana yollanıb. Matc.az xəbər verir ki, komandanı aparan təyyarə bir qədər əvvəl Bakını tərk edib. Baş məşqçi Qurban Qurbanov bu gün oyunöncəsi son məşqini Pireydə keçəcək.
“Kəpəz” daha bir futbolçusu ilə yollarını ayırıb. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Redon Mihana gəncəlilərlə vidalaşıb. Albaniyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.