Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klub karyerasında 400 və daha çox qol vuran futbolçuların adlarını açıqlayıb. Matc.az xəbər verir ki, siyahıya Kriştiano Ronaldo başçılıq edir.
“Qarabağ”ın yarımmüdafiəçisi Aleksey İsayevin durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, futbolçunun zədəsi gözlənilən qədər ciddi olmayıb. İsayev bu üzdən Azərbaycan millisinin düşərgəsini tərk etmişdi. Yığmanın məşqçisi Arif Əsədov onun əməliyyat olunma ehtimalını açıqlamışdı.
Minifutbol üzrə Azərbaycan çempionatında XV tur start götürüb. Matc.az xəbər verir ki, birinci gündə 4 oyun olub. Lider “Zirə” itkisiz yoluna davam edir. Komanda bu dəfə “Atəşgah Suraxanı”nı məğlub edib. Bununla “Zirə” ardıcıl 15-ci qələbəsini qazanıb.
“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzianın Əlcəzair millisinə dönüşü uğurlu alınıb. Matc.az xəbər verir ki, futbolçu “FIFA series - Edition 2024” layihəsi çərçivəsində Cənubi Afrika Respublikası (CAR) ilə keçirilən görüşün qəhrəmanı olub.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.