Görüşün 32-ci dəqiqəsində Kristian Sebalyosun əvəzinə meydana daxil olan Xuan Kamara isə matçın ilk hissəsinə əlavə edilmiş 2-ci dəqiqədə fərqlənərək, "Sabah"da ilk rəsmi qolunu vurub. Bu görüş Kamara üçün heç də yalnız xoş ilklərlə yadda qalmayıb. Belə ki, 48-ci dəqiqədə ikinci sarı vərəqədən sonra meydandan kənarlaşdırılan ispaniyalı yarımmüdafiəçi "Sabah"da ilk qırmızı vərəqəsini alıb.