PFL bir oyunun vaxtını dəyişdi
Azərbaycan Premyer Liqasının XVII turunun “Səbail” - “Qəbələ” oyununun vaxtı dəyişdirilib. Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bildirilib ki, “ASCO Arena”nın işıqlandırma sistemində bir müddət öncə yaranmış problem səbəbindən təmir-bərpa işləri davam edir.



























