“Neftçi”nin hücumçusu cəzalandırıldı
AFFA İntizam Komitəsi “Neftçi-2”nin futbolçusu Ağadadaş Salyanskiyə ağır cəza verib. Matc.az xəbər verir ki, əsas komandada da yer alan hücumçu 4 oyunluq sanksiya ilə üzləşib. Buna səbəb onun Əvəzedicilər Liqasında “Sumqayıt-2” ilə görüşdə rəsmi şəxsə qarşı qeyri-etik jest etməsi olub.