“Neftçi”nin maraqlandığı qapıçı “Atletiko”da!
“Atletiko” qapı xəttini gücləndirib. Matc.az xəbər verir ki, İspaniya nəhəngi Rumıniya millisinin qolkiperi Horvatiu Moldovanı heyətinə qatıb. Madridlilər Buxarest “Rapid”inin futbolçusunun transferini rəsmi sayt vasitəsilə açıqlayıb.