Azərbaycan Premyer Liqasında XXIX turun təyinatları müəyyənləşib. Matc.az xəbər verir ki, görüşləri idarə edəcək hakimlər açıqlanıb. Turun matçları 5-7 aprel aralığında reallaşacaq.
Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri müəyyənləşib. Matc.az xəbər verir ki, yarış Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək. Elşad Quliyevin yetirmələri qitə birinciliyinin F qrupunda mübarizə aparacaq. Son Avropa çempionu qrupda Fransa, İtaliya və Avstriya ilə qarşılaşacaq.
FIFA tərəfindən 211 federasiyanın iştirakı ilə Sinqapurda “Integrity Summit” keçirilir. Matc.az xəbər verir ki, tədbirdə UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli də iştirak edir.
“Neftçi” Azərbaycan Kubokunda ən böyükhesablı məğlubiyyətini alıb. Matc.az xəbər verir ki, bu, yarımfinal mərhələsində “Qarabağ”la ilk oyunda reallaşıb. “Neftçi Arena”da keçirilən görüşdə ev sahibləri 4 cavabsız top buraxıblar.
“Oyunboyu dominantlıq etdik, topa daha çox nəzarət etdik”. Matc.az xəbər verir ki, bunu 19 yaşadək qızlardan ibarət Monteneqro millisinin baş məşqçisi İvan Tatar deyib. U-19 yığmamız AVRO-2025-in ikinci seçmə qrup mərhələsinin ilk turunda Monteneqroya 0:4 hesabı ilə məğlub olub.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.