“Sabah”ın futbolçusu Vinsent Till əməliyyat olub. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 24 yaşlı yarımmüdafiəçi dizindəki çarpaz bağlardan əməliyyat keçirib.
“Həyəcan hər oyunda var, amma avrokuboklarda daha çox olur”. Matc.az xəbər verir ki, bunu “Bayer”in müdafiəçisi Yosip Stanişiç deyib. Xorvatiyalı futbolçu Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.
İtaliya A Seriyasının ən çox dəyər itirən futbolçularının reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, siyahıya “Yuventus”un vingeri Federiko Kyeza başçılıq edir. Son yenilənmə ilə onun transfer qiyməti 10 milyon avro düşüb.
“Sabah”ın sabiq baş məşqçisi Murad Musayevin işsiz günləri başa çatıb. Matc.az xəbər verir ki, mütəxəssis keçmiş komandası “Krasnodar”a qayıdıb. Vladimir İviçi istefaya göndərən Rusiya klubu boş qalan posta Musayevi təyin edib.
FİFA tərəfindən təşkil olunacaq “FİFA series – Edition 2024” layihəsində iştirak üçün Bakıya gələcək Bolqarıstan millisi problemlə üzləşib. Matc.az xəbər verir ki, adıçəkilən komandanın heyətində məcburi dəyişiklik olunub.
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) cari mövsüm milli çempionatlarda çərçivəyə ən çox zərbə vuran klubların siyahısını açıqlayıb. Matc.az xəbər verir ki, araşdırma 54 çempionatın 900 komandası arasında aparılıb.
AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek və Hakimlər Departamentinin fitnes məşqçisi Namiq Quliyev Portuqaliyanın paytaxtı Lissabonda UEFA tərəfindən təşkil olunan seminarda iştirak edir.
Minifutbol üzrə Azərbaycan çempionatında XIV tur start götürüb. Matc.az xəbər verir ki, ilk gündə 4 oyun olub. Sonuncu yerdə qərarlaşan “Siyəzən” yenə xal üzünə həsrət qalıb. Adıçəkilən komanda bu dəfə “Odlar Yurdu”na uduzub.
Domen sahibinin adı: Əsgərov İxtiyar Kamal oğlu VÖEN: 7302144052 Tel: +994 50 286 01 35, +994 70 286 01 35 E-mail: ixtiyar1973@gmail.com Ünvan: Səbail rayonu, Yeni Salyan Şossesi, 22. Məsul redaktorun adı soyadı: Əsgərov İxtiyar Kamal oğlu.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.